Salahzadənin obyektlərinin söküntüsünə başlanıldı   - “Dedilər ki, bura hörmətli bir adamın evinə yaxındır”

saytların hazırlanması

Evə çatdırılma

Salahzadənin obyektlərinin söküntüsünə başlanıldı - “Dedilər ki, bura hörmətli bir adamın evinə yaxındır”

Siyasət

03 Fevral 2026 20:34 2419


Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin paytaxtın Bilgəh qəsəbəsində obyektlərinin söküntüsünə başlanılıb.

"Yeni Sabah" xəbər verir ki, faktı "Teleqraf"a açıqlamasında Q.Salahzadənin özü təsdiqləyib.

Onun sözlərinə görə, obyektlər ona məxsusdur və ayrı-ayrı adamlara icarəyə verilib. Marqarita pizza

"Obyektlər Sabunçu Rayon İcra Hakimiyyətinin göstərişi ilə sökülür. Mənə məxsus tikililərin ümumi sahəsi 1 200 kvadrat metrdən çoxdur. Dedilər ki, bura hörmətli bir adamın evinə yaxındır, sökülməlidir. Hələlik bir tikilini söküblər və xəbərdarlıq ediblər ki, digərlərini özümüz sökək. Mən də sökməyəcəyəm", - deyə Q.Salahzadə bildirib.

Xatırladaq ki, daha öncə də Q.Salahzadənin Bilgəhdəki bir neçə obyekti sökülüb, villasının qapısı daşla hörülüb. Obyektlərin yerləşdiyi ərazi dəniz kənarında yerləşir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!