“Salam verəndən sonra gördüm əlim yanıb“ - Kinoşünas

saytların hazırlanması

Evə çatdırılma

“Salam verəndən sonra gördüm əlim yanıb“ - Kinoşünas

Mədəniyyət

23 Oktyabr 2022 11:53 1456


Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə “Açıq söhbət” verilişinə qonaq olub.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, o, müəllim-şagird münasibətləri haqda bu fikirləri qeyd edib:

“Mən universitetdə dərs deyəndə orada qızlar da var, oğlanlar da. Müşahidə aparırdım. İlahi, belə olmayıb axı?! Qızlar özünü müəllimin yanında elə aparır ki… Dördpendirli pizza

Düzdür, mən imkan vermirdim bunlara. Amma xoşum gəlmirdi. Mən utanıb, xəcalət çəkirdim...

Biz elə olmamışıq axı. Bir dəfə yadımdan çıxmaz, universitetdə siqaret çəkirdim, bir də gördüm professor gəlir. Onu görən kimi dimdik əsgər kimi dayandım, siqareti də əlimin içində necə sıxdımsa…

Salam verib yanımdan gedəndən sonra baxdım ki, əlim yanıb. Yəni biz müəllimi o vaxtı belə görürdük. Amma indi sən çıxmaq üçün qapını açırsan, səndən qabaq girir içəri. Deməli, tərbiyə məsələsi var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!