“Salnaməfilm“dən başqa digər kinostudiyaların fəaliyyəti dondurulub

saytların hazırlanması

Evə çatdırılma

“Salnaməfilm“dən başqa digər kinostudiyaların fəaliyyəti dondurulub

Mədəniyyət

03 May 2023 12:42 2354


"Salnaməfilm"dən başqa digər kinostudiyaların fəaliyyəti rəsmi olmasa da, artıq dondurulub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu  "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov deyib.

Direktor hazırda "Salnaməfilm"in iki layihəsinin davam etdirildiyini deyib: "Ondan sonrakı proses necə olacaq, bilmirəm. Buna biz qərar verə bilmərik, aydın məsələdir. Sadəcə rəsmi olaraq, "Debüt"ün səlahiyyətlərinə son vurulduğunu deyə bilərəm. Onların bütün bazası rəsmi olaraq, "Azərbaycanfilm"ə verilib. “Azanfilm”, “Mozalan”, “Dublyaj” və “Yaddaş” kimi digər studiyalar haqqında hələ ki yekun rəsmi qərar yoxdur". pizza hut

Xatırladaq ki, ötən il APA-nın sorğusuna cavab olaraq, "Azərbaycanfilm"dən bildirilmişdi ki, aparılan islahatlar çərçivəsində digər dövlət studiyalarının vahid təşkilati struktur formasında “Azərbaycanfilm” kinostudiyası tərkibində cəmlənməsi nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!