Salyan sakini atasının bank hesabından pul oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Salyan sakini atasının bank hesabından pul oğurladı

Kriminal

04 Oktyabr 2019 12:32 1311


Salyanda bank hesablarından pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Salyan Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T.Abbasova sentyabrın 4-də bank hesabından 176 manatının çıxarılaraq oğurlandığını bildirib. pizza

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qarabağlı kənd sakini R.Zalıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun 2018-ci ilin iyul ayından cari il sentyabrın 9-dək olan müddətdə atasının da bank hesabından 1300 manat çıxararaq oğurlaması müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!