Salyanda dəhşətli qəza: Ata öldü, oğlu yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Salyanda dəhşətli qəza: Ata öldü, oğlu yaralandı

Kriminal

27 Oktyabr 2019 06:02 1954


Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

“Yeni Sabah” Oxu.Az-a istinadən bildirir ki, hadisə Salyan rayonunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.  

Ələt-Astara magistralında hərəkət edən “VAZ-2107” markalı avtomobil qəfil idarəetməni itirərək aşıb.  Dominos pizza

Qəza nəticəsində Biləsuvar rayon sakinləri, 1954-cü il təvəllüdlü Fətullayev Ağamusa Ramazan oğlu və onun oğlu 1996-cı il təvəllüdlü Fətullayev Əli müxtəlif dərəcəli xəsarətlər alıb.  

Ata-oğul Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ə. Fətullayev tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.  

Xəstəxanada həkimlərin səyinə baxmayaraq A. Fətullayevin həyatını xilas etmək mümkün olmayıb, o, dünyasını dəyişib.  

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!