Salyanda evdə partlayış baş verib.
Yenisabah.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Salyan şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.
Yanğın nəticəsində mənzilin 1 otağının yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb. Marqarita pizza
Partlayış dalğasının təsirindən mənzilin 2 ədəd pəncərə çərçivəsi yerindən çıxıb. Hadisə zamanı 34 yaşlı Zamiq Zakir oğlu Məziyev 3-cü dərəcəli yanıq xəsarəti ilə Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Partlayışa səbəb evdə qaz sızması olub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Telegram kanalımız