Salyanda fermadan 73 baş xırdabuynuzlu heyvan oğurlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinə noyabrın 19-da saat Peyk kəndi ərazisində kənd sakini A.Cəbrayılovun çoban işlədiyi fermadan 73 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə müraciət daxi olub. Sezar pizza
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1-ci Varlı kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Famil Rzayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Telegram kanalımız