Salyanda qəza: 5 nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Salyanda qəza: 5 nəfər xəsarət aldı

Hadisə

26 Oktyabr 2025 13:43 283


Salyanda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Bakı şəhər sakini Xədicə Sadıqovanın idarə etdiyi "Changan" markalı avtomobil KİA markalı avtomobillə toqquşub. pizza mizza

Qəza nəticəsində "Changan"ın sürücüsü, habelə digər avtomobildə olan şəxslər - Salyan rayon sakinləri; 1999-cu il təvəllüdlü Alxanov Babək Əlifağa oğlu, 1989-cu il təvəllüdlü Mayılov Şamxal Ələsgər oğlu, 1986-cı il təvəllüdlü Bayramov Saməddin Əlişal oğlu və 1997-ci il təvəllüdlü Bayramov Mahir Qalib oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!