Bu gün günorta saatlarında köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində zəncirvari qəza baş verib.
Salyan rayonunun Quycu kənd sakini Habil Ağaəli oğlu Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşın yolun ortasından geri dönmək istəyərkən “Belarus” markalı qoşqulu traktora çırpılıb. Toqquşmadan yayınmaq istəyən traktor buna nail olmayıb və yolun kənarındakı “NİVA” markalı maşına dəydikdən sonra piyada səkisinə çıxaraq dayanıb. Hadisə nəticəsində xəsarət alan “VAZ-2107”nin sərnişini-sürücünün qızı, 31 yaşlı Vusalə Habil qızı Səfərova Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. pizza sifarişi
Virtualaz.org
Telegram kanalımız