Samuxda 1 ədəd top mərmisi tapılıb

saytların hazırlanması

Evə çatdırılma

Samuxda 1 ədəd top mərmisi tapılıb

Kriminal

05 İyul 2019 12:44 1203


Samux rayonunda 1 ədəd top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) "Yeni Sabah"a verilən məlumata görə, iyulun 5-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Samux rayonu, Lək kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, DİN-in Samux rayon Polis Şöbəsinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Samux rayon Polis Şöbəsinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi xüsusi xidmət orqanları tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 73 mm-lik geri təpməsiz top mərmisi (OQ-9) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!