Samuxda qanunsuz olaraq odlu silah və narkotik saxlayan şəxslər saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, şübhəli Ruzigar Abdullayevdən “Makarov” markalı tapança, həmin silaha aid 4 ədəd atəşə yararlı 9 mm-lik patron və 1 ədəd sandıqca aşkar edilərək götürülüb.
Bundan başqa polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlmaqda şübhəli bilinən Omran Kulaib və Elşad İsrafilov saxlanılıb. Saxlanılan şəxslərin üzərlərindən narkotik maddə olan “metamfetamin” aşkar olunaraq götürülüb. pizza
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız