Samvel Babayan: “Arayikin rəhbərlik etdiyi rejim başını itirib”

saytların hazırlanması

Evə çatdırılma

Samvel Babayan: “Arayikin rəhbərlik etdiyi rejim başını itirib”

Rəsmi

30 Avqust 2023 13:10 949


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərdiyi 40 ton un yüklənmiş avtomobillər Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləyir. 

Cəmiyyətin əməkdaşları yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün hazırda Rusiya sülhməramlılarının komandanlığı ilə müzakirələr aparır. 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları ötən axşam sülhməramlıların Ağdam-Xankəndi yolunun üzərindəki postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdıraraq orada gecələyiblər. Dördpendirli pizza

Qarabağın bir qrup erməni sakini isə Bakıdan ərzaq almaq təklifinə etiraz etmək üçün Rusiya sülhməramlılarının nəzarət-buraxılış məntəqəsinin qarşısına toplaşıblar.

Həmin şəxslərin Xankəndidəki separatçılar tərəfindən qızışdırıldığı istisna olunmur.

Qeyd edək ki, Qarabağdakı separatçıların özləri arasında da ikitirəlik yaranıb. Bir qrup Ağdam-Xankəndi yolunun açılmasını istəyir, digər qisim buna qarşı çıxır.

Qarabağ separatçılarının keçmiş “müdafiə naziri”, Xankəndidəki qondarma rejimin “parlament”ində “Vahid Ana Vətən Partiyası” adlı qurumun rəhbəri olan Samvel Babayan bildirib ki, onun yalnız Ağdam-Xankəndi yolunun açılması təklifini dəstəkləməsi barədə məlumat həqiqətə uyğun deyil.

Yenisabah.az xəbər verir ki, “Azatutyun” radiosu ilə söhbətində Babayan qeyd edib ki, onun mövqeyi bundan ibarətdir ki, paket həlli çərçivəsində mallar eyni vaxtda Laçın yolu və Ağdam vasitəsilə Xankəndiyə çatdırılmalıdır. Bundan başqa, Babayanın fikrincə, paketdə Dağlıq Qarabağın statusu məsələsi də öz əksini tapmalıdır, yəni yerli ermənilərin hara getdiyi aydın olmalıdır. 

“Əks halda, bir neçə yük maşını ilə yardım daşımaq problemi həll etməyəcək”. 

O, Azərbaycan tərəfi ilə danışıqların da tərəfdarıdır. 

Babayan qeyd edib ki, onun təklifi separatçıların rəhbərləri tərəfindən qəbul edilməyib. 

“Nəticədə bu gün onlar çıxılmaz vəziyyətdə qalıblar və bir-birlərini günahlandırırlar”, - Babayan deyib. 

“Daha 7 gün gözləyək, görək məsuliyyəti kimin üzərinə atacaqlar”. 

S.Babayanın sözlərinə görə, Arayik Arutyunyanın rəhbərlik etdiyi rejim başını itirib. Belə ki, hazırda Xankəndidə iki variant müzakirə olunur: ya Ağdam vasitəsilə yardımı qəbul edirlər, Azərbaycana inteqrasiya olunurlar, ya da Qarabağı tərk edirlər. 

Babayan deyir ki, qondarma rejimin rəhbərliyi hazırda bundan başqa həll yolunun olduğunu görmür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!