“Moldovanın yeni Prezidenti Maya Sandunun Dnestryanıdan Rusiya qoşunlarının operativ qrupunu çıxartmaq niyyətində olması sülh yolu ilə nizamlanma səylərini pozmağa istiqamətlənib”.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Biz bu bəyanata Dnestryanı probleminin sülh yolu ilə nizamlanması səylərini pozmaq məqsədi kimi baxırıq. Sülhməramlı əməliyyatın mandatı orada iştirak müddətimizi münaqişənin həlli ilə bağlı siyasi razılaşma əldə olunana qədər dəqiq göstərir. Hələ buna çox var”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb. Pepperoni pizza
M. Zaxarova Dnestryanı bölgədə Rusiya sülhməramlılarının olması sayəsində 25 ildir sabitliyin qorunub saxlanıldığını və qan tökülmədiyini də qeyd edib. (APA)
Telegram kanalımız