Saray sakini sükan arxasında öldü

saytların hazırlanması

Evə çatdırılma

Saray sakini sükan arxasında öldü

Hadisə

06 Aprel 2020 19:15 891


Saray qəsəbə sakini öz avtomobilində dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Abşeron rayon, Saray qəsəbə sakini 1950-ci il təvəllüdlü M. Abbasov "VAZ 2107" markalı 10 EC 666 dövlət nömrəli avtomobildə Saray qəsəbəsindən Sumqayıt şəhəri istiqamətində hərəkət edirmiş. Saray qəsəbəsi ilə Sumqayıt şəhəri arasında qurulmuş buraxılış məntəqəsinin yaxınlığında sürücünün halı pisləşib və o sükan arxasında dünyasını dəyişib. Avtomobildə M.Abbasov ilə bərabər onun 1979-cu il təvəllüdlü oğlu Z.Abbasov da olub. Pepperoni pizza

İlkin məlumata görə, M.Abbasov qaraciyər çatışmazlığından əziyyət çəkib, uzun illər dializ xəstəsi olub. O evdən 1 saylı Sumqayıt Şəhər Xəstəxanasına getmək üçün çıxıbmış.

Faktla bağlı Abşeron prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!