Saray sakinləri ayağa qalxdı – “Bizə köməklik göstərən yoxdur”   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Saray sakinləri ayağa qalxdı – “Bizə köməklik göstərən yoxdur” - VİDEO

Xalqın səsi

07 May 2025 16:00 8327


Abşeron rayonu, Saray qəsəbəsində yerləşən bir neçə hündürmərtəbəli binada yaşayan minə yaxın sakin 5 gündür ki, su üzünə həsrətdir. 

Yenisabah.az xəbər verir ki, bu barədə sakinlər Baku TV-yə şikayət ünvanlayıb. Dəfələrlə bu barədə aidiyyəti quruma müraciət etdiklərini deyən sakinlər şikayətlərinin cavabsız qaldığını söyləyirlər. 

Bina sakinləri deyirlər ki, problem su xəttində baş verən partlayışdan sonra yaranıb. Hadisədən sonra ərazidə qazıntı işləri aparılıb və problem bir günlük aradan qaldırılsa da, növbəti gündən etibarən yenidən su təchizatı dayanıb. pizza sifarişi

 “Su ilə bağlı çətinlik çəkirik, köməklik göstərən yoxdur. Suyu bir neçə saat verirlər, sonra isə 5-6 saat olmur”, ‒ sakinlərdən biri deyib. Çəkiliş zamanı əraziyə gələn binanın rəhbər şəxslərindən biri bildirib ki, problem artıq nəzarətə götürülüb və tezliklə tam həll olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!