Sarı-qırmızılılardan tarixi həmlə - Qapıçı olaraq onu seçdilər

saytların hazırlanması

Evə çatdırılma

Sarı-qırmızılılardan tarixi həmlə - Qapıçı olaraq onu seçdilər

İdman

01 May 2025 16:24 356


Qalatasaray uzun illərdir komandanın əsas qapıçısı olan Fernando Muslera ilə yollarını ayırmağa hazırlaşır.

Yenisabah.az xəbər verir ki, 38 yaşlı uruqvaylı qapıçının mövsüm sonunda müqaviləsinin başa çatması və ölkəsinə qayıtması gözlənilir. Bu səbəbdən, klub yeni qapıçı axtarışlarına başlayıb.

Braziliya mətbuatının məlumatına görə, Qalatasaray hazırda Santos klubunda çıxış edən 24 yaşlı braziliyalı qapıçı Gabriel Brazaoya maraq göstərir. Klubun rəhbərliyi Brazaonun nümayəndələri ilə əlaqə saxlayaraq ilkin danışıqlara başlayıb və oyunçunun transfer şərtlərini öyrənib. Lakin hələlik Santos klubuna rəsmi təklif göndərilməyib. Sezar pizza

Qeyd edək ki, Gabriel Brazao karyerasına Cruzeiro klubunun akademiyasında başlayıb və daha sonra Avropada Inter, Parma, SPAL, Albacete və Ternana kimi klublarda çıxış edib. 2019-cu ildə Inter, Brazaonu Parma klubundan 6.3 milyon avroya transfer etmişdi.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!