Sarkisyana qarşı qaldırılan cinayət işinə xitam verildi

Sarkisyana qarşı qaldırılan cinayət işinə xitam verildi

Bölgə Veb saytların hazırlanması

14 Sentyabr 2023 14:35 463


Ermənistan Prokurorluğu eks-prezident Serj Sarkisyanın dövlət vəsaiti hesabına məşhur Baden-Baden kurortuna getdiyini sübut edə bilməyib.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, təqdim olunan materiallarda cinayət tərkibi aşkar olunmadığı üçün işə xitam verilib.

Bu cinayət işi Sarkisyanın 2008-2017-ci illərdə prezident olduğu zaman hər ilk Baden-Badenə getməsi ilə bağlı hələ 2021-ci ilin oktyabrında başlayıb.

Bundan əvvəl deputat Xaçatur Sukiasyan eks-prezidentin orada 100 milyon dollar uduzduğunu iddia etmişdi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!