Sarkisyandan   Qarabağ ETİRAFI - “2018-ci ilə qədər...”

saytların hazırlanması

Evə çatdırılma

Sarkisyandan Qarabağ ETİRAFI - “2018-ci ilə qədər...”

Siyasət

03 Fevral 2026 19:50 3524


Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Baş nazir Nikol Paşinyanın KTMT üzvlüyün digər ölkələrdən silah alışına mane olması ilə bağlı iddiasını təkzib edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

“KTMT-yə üzv ölkələrdən də silah almışıq, eləcə də Qərb ölkələri və Çindən. Bura digər ölkələr də daxildir. Bu, bizə mane olmayıb”, - Sarkisyan qeyd edib. pizza

Ermənistanın keçmiş prezidenti xarici ölkələrdən alınan silahların müəyyən hissəsinin o zaman işğal altında olan Azərbaycanın Qarabağ bölgəsində yerləşdirildiyini də etiraf edib:

“2018-ci ilə (Nikol Paşinyan hakimiyyətə gələnə) qədər həmin silahlardan özünümüdafiə üçün istifadə etmirdikmi, onları Qarabağa aparmırdıqmı?”./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!