Sarkisyanın müavini həbsdə qaldı

saytların hazırlanması

Evə çatdırılma

Sarkisyanın müavini həbsdə qaldı

Rəsmi

17 İyul 2023 17:35 1795


Ermənistanda Korrupsiyaya qarşı mübarizə üzrə Apellyasiya Məhkəməsi müxalif Respublikaçılar Partiyasının sədri, sabiq prezident Serj Sarkisyanın müavini Armen Aşotyanı həbsdə qalması barədə qərar çıxarıb. 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Tiqran Atanesyan sosial şəbəkələrdə bildirib. 

Onun özlərinə görə, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etməyib.  Dominos pizza

Qeyd edək ki, Aşotyan təhsil naziri olarkən Tibb Universiteti üçün satınalma zamanı vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunur. İyunun 16-da o, 2 ay müddətinə həbs edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!