Azərbaycanın rayon və şəhərlərində fevralın 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə az çiskinli, axşam isə yağıntılı olacağı, gecəyə doğru yağıntının intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 75-85 faiz təşkil edəcək. Dördpendirli pizza
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti, qar yağacağı gözlənilir, ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-10° isti, dağlıq ərazilərdə gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda da bəzi yerlərdə arabir yağıntılı, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimal edilir. Arabir duman olacaq, şərq küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə və gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, eləcə də Daşkəsən-Gədəbəy və Göygöl rayonlarında da arabir yağıntılı, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq, şərq küləyi güclənəcək. Havanın temperaturu gecə və gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda da bəzi yerlərdə arabir yağıntılı hava, qar yağacağı gözlənilir, ayrı-ayrı ərazilərdə intensivləşəcəyi ehtimal olunur. Arabir duman olacaq, şərq küləyi güclənəcək. Temperatur gecə və gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda bəzi yerlərdə arabir yağıntılı, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal edilir. Arabir duman olacaq, şərq küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-7° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda bəzi yerlərdə arabir yağıntılı, qar yağacağı gözlənilir, axşam ayrı-ayrı ərazilərdə intensiv və güclü olacağı ehtimalı var. Arabir duman olacaq, şərq küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 3-6° isti, dağlıq ərazilərdə gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir, ayrı-ayrı ərazilərdə intensivləşəcəyi, axşam saatlarında qara keçəcəyi ehtimal olunur. Şərq küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-10° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda da bəzi yerlərdə arabir yağıntılı hava gözlənilir, ayrı-ayrı ərazilərdə intensivləşəcəyi, axşam qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq, şərq küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti, dağlıq ərazilərdə isə gecə və gündüz 0-3° isti olacaq.
Telegram kanalımız