“Səba” yaratdığı milyonluq şirkəti satdı

saytların hazırlanması

Evə çatdırılma

“Səba” yaratdığı milyonluq şirkəti satdı

İqtisadiyyat

23 İyul 2025 12:43 782


Külli miqdarda vergi borcu ilə üzləşmiş “Səba” ASC-nin təsis etdiyi “Qarabağ Taxıl” MMC-nin nizamnamə kapitalı kəskin şəkildə azaldılıb.

Yenisabah.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 6 371 963 manat azaldılaraq 8 972 387 müəyyən edilib.

Cəmiyyətin debitor və kreditorları bu barədə xəbərdar edilib və qanunla kreditorların nizamnamə kapitalı azalan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini və vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının olması bildirilib. pizza sifarişi

Qeyd edək ki, “Qarabağ Taxıl” MMC 2012-ci ildə “Səba”nın tək təsisçiliyi ilə yaradılıb. MMC-nin direktoru “Səba”nın qanuni təmsilçisi Baloğlanov Vüqar Samir oğludur. Bir müddət əvvəl “Səba” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib və yığıncaqda “Səba”nın tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət olan “Qarabağ Taxıl” MMC-nin mülkiyyətində olan əmlakların və hüquqların satılması barədə qərar qəbul olunub.

Məlumat üçün bildirək ki, bir müddətdir “Səba”nın dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb və hazırda bu borcun miqdarı 448 754,46 manat təşkil edir. (İqtisadiyyat.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!