Səbaildə güclü yanğın: 11 briqada cəlb edildi - Fotolar

Səbaildə güclü yanğın: 11 briqada cəlb edildi - Fotolar

Hadisə Veb saytların hazırlanması

02 Mart 2020 23:54 446


Səbail rayonunda yanğın hadisəsi baş verib. "Yeni Sabah" xəbər verir ki, hadisə Bakı-Salyan şossesində yerləşən "Baku Oil Service" şirkətinin binasında qeydə alınıb. Ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları hadisə barədə FHN-ə məlumat verib. Yanğın güclü olduğundan əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 11 briqadası cəlb edilib. Alov söndürülüb, yanğının ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı binanın bir və ikinci mərtəbələri tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin təfərrüatı araşdırılır. /Oxu.az https://cdn.yenisabah.az/files/baku_tv4.jpg https://cdn.yenisabah.az/files/baku_tv3.jpg https://cdn.yenisabah.az/files/baku_tv2.jpg https://cdn.yenisabah.az/files/baku_tv1.jpg https://cdn.yenisabah.az/files/baku_tv.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!