Səbaildən top mərmisi tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Səbaildən top mərmisi tapıldı

Kriminal

17 Mart 2019 21:29 1009


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub.

“Yeni Sabah” FHN-nin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olunub ki, bu, döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli olan top mərmisidir. Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Mərminin tapıldığı əraziyə yerüstü baxış zamanı digər şübhəli əşya aşkar edilməyib. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!