Seçki lövhəsinə seçicilərin əleyhinə reklam kağızları yapışdıran şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Seçki lövhəsinə seçicilərin əleyhinə reklam kağızları yapışdıran şəxs saxlanıldı

Hadisə

01 Fevral 2020 10:24 936


Özünü Həqiqət Sosialist Hərəkatın üzvü kimi təqdim edən Ənvər Cəlilov Xətai rayonu ərazisində qanunverciliyin tələblərini pozduğuna görə saxlanılıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirlib ki, onun yanvarın 30-da rayon ərazisində yerləşən məktəblərin birinin qarşısında seçki lövhəsinə seçicilərin əleyhinə olan reklam kağızları yapışdırmaqla ictimai qaydanı pozması müəyyən olunub. Dördpendirli pizza

Vətəndaş müvafiq olaraq, ərazi üzrə polis bölməsinə gətirilməklə əməlinin hüquqa zidd olması ona izah olunmaqla, barəsində İnzibati Xətallar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub. 

Onun əməllərində inzibati xətann tərkib elementləri olduğundan qanunverciliyə uyğun olaraq müvafiq tədbir görülməklə sərbəst buraxılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!