Türkiyənin Trabzon şəhərinin Maçka kəndində görülməmiş hadisə baş verib.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, 15 ildir Maçkaya muxtarlıq edən Dursun Yeşilaraz bu dəfəki seçkilərdə qalib gələ bilmədiyi üçün qəribə addım atıb. O, daha öncə qəbiristanlıq salınması üçün əhaliyə bağışladığı ərazidən bəzi qəbirlərin daşınması əmrini verib. Məlumata görə, həmin qəbirlər keçmiş muxtarın ona səs vermədiklərindən şübhələndiyi şəxslərin yaxınlarına məxsusdur.
Əhali bu hadisəyə böyük reaksiya versə də, sabiq muxtarı heç kim fikrindən döndərə bilməyib. Ərazidən artıq 3 məzar daşınaraq çıxarılıb, daha 5 məzar da ərazidən çıxarılacaq. pizza sifarişi
Hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Sabrina Eldarqızı
Telegram kanalımız