“Seçki”yə 1 gün qalmış Xankəndidə ara qarışdı

saytların hazırlanması

Evə çatdırılma

“Seçki”yə 1 gün qalmış Xankəndidə ara qarışdı

Rəsmi

08 Sentyabr 2023 15:32 12888


Qarabağdakı separatçı rejimin qondarma “parlamenti” sabah - 9 sentyabrda  saat 11:00-da “növbədənkənar iclas” keçirəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. 

Bildirilir ki, “növbədənkənar iclas”da separatçılara yeni başçı seçiləcək. Bu “post”a əvvəlcə iki nəfərin namizədliyi irəli sürülüb: xuntanın “dövlət naziri” adlandırdığı Samvel Şahramanyan və “keçmiş müdafiə naziri” Samvel Babayan.  pizza sifarişi

Lakin qondarma “parlament” son 10 il ərzində Qarabağda yaşamadığına görə Samvel Babayanın sənədlərini geri qaytarıb. Bu isə onun tərəfdarlarının etirazına səbəb olub. 

Samvel Babayanın tərəfdarlarının sabahkı "seçki" zamanı qarışıqlıq yaradacağı bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!