“Sədərək”dəki yanğınla bağlı rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Sədərək”dəki yanğınla bağlı rəsmi açıqlama

Kriminal

05 Avqust 2019 05:52 1125


“Sədərək” Ticarət Mərkəzindəki yanğın artıq tam söndürülüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

O bildirib ki, yanğın parfümeriya və digər məhsulların yığıldığı anbarda olub: “Hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə briqadaları cəlb edilib. Yanğın artıq tam söndürülüb. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də hadisə yerində olub və ən son məlumatları verib. Yanğının səbəbləri barədə yalnız araşdırma aparıldıqdan sonra bir söz demək mümkündür. Bu barədə ictimaiyyətə məlumat veriləcək”. pizza sifarişi

Qeyd edək ki, “Sədərək”dəki yanğını söndürmək istəyən yeddi FHN əməkdaşı zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!