“Sədərək”dəki yanğınla bağlı son xəbər – Generaldan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Sədərək”dəki yanğınla bağlı son xəbər – Generaldan açıqlama

Kriminal

04 Avqust 2019 17:58 969


“"Sədərək" Ticarət Mərkəzindəki yanğın artıq 3 saata yaxındır ki, davam edir. Hazırda yanğın tam məhdudlaşdırılıb, yanma təhlükəsi yoxdur".

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib.

Nazir müavini müxtəlif parfümeriya malları, sabunlar, dezadrantlar, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahənin yandığını nəzərə çatdırıb: "Bu mallar həddindən çox olduğu üçün anbara daxil olmaq qeyri-mümkündür. Biz traktor vasitəsi ilə anbarın divarlarını uçurdaraq içəri daxil olmuşuq. Qısa müddətdə yanğın tam söndürüləcək ". Pepperoni pizza

E. Mirzəyev ikinci çağırışla hadisə yerinə 25-dən çox yanğınsöndürən maşının, 120-dən çox yanğınsöndürənin cəlb olunduğunu nəzərə çatdırıb.

Yanğının səbəblərinə gəlincə, E.Mirzəzyev qeyd edib ki, yanğın tam söndürüldükdən sonra araşdırma aparılacaq: "Araşdırmanın nəticəsi barədə məlumat veriləcək. Onu da deyim ki, sahibkarlara mallarının əksəriyyətini çıxarmağa imkan yaratdıq. Yanğın söndürüləndən sonra dəymiş ziyanın həcmi araşdırılacaq və bu barədə müvafiq məlumat veriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!