Şəfahət İmranov və Fuad Məmmədova baş ədliyyə müşaviri rütbəsi verildi

saytların hazırlanması

Evə çatdırılma

Şəfahət İmranov və Fuad Məmmədova baş ədliyyə müşaviri rütbəsi verildi

Siyasət

02 Fevral 2026 15:04 696


Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyevin müvafiq əmr imzalayıb. 

Baş prokurorun digər əmrilə Azərbaycan Respublikası Hərbi prokurorunun sabiq müavini Fuad Məmmədov Tərtər rayon prokuroru vəzifəsinə təyin edilib. Sezar pizza

Həmçinin, Kamran Əliyevin digər müvafiq əmrinə əsasən Tərtər rayon prokuroru Əli Qurbanov Tərtər hərbi prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şəfahət İmranov və Fuad Məmmədov həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna uyğun olaraq onlara baş ədliyyə müşaviri xüsusi rütbəsi verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!