Səfər Mehdiyevdən əsgərlərə üzüm və alma hədiyyəsi -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Səfər Mehdiyevdən əsgərlərə üzüm və alma hədiyyəsi - Fotolar

Rəsmi

13 Avqust 2019 18:16 1267


Qurban Bayramı münasibətilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin adından Babək rayonunun Nehrəm kəndində fəaliyyət göstərən üzümçülük təsərrüfatında yetişdirilən  10 ton üzüm və 1,5 ton alma Əlahiddə Ümumqoşun Orduya, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına, həmçinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına təhvil verilib.

“Yeni Sabah” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli çıxış edərək şəxsi heyəti Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edib, ordumuzun qüdrətindən, xalq ordu birliyindən danışıb.  

Qeyd olunub ki, bu gün ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ordumuzun daha da möhkəmləndirilməsi işi uğurla davam etdirilir, sərhədlərimizin etibarlı müdafiəsi təmin olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin məqsədyönlü fəaliyyəti nəticəsində  muxtar respublikada xalqla ordu arasında yaranmış qarşılıqlı inam və birlik isə ordu quruculuğu sahəsində yeni nailiyyətlərə aparır. Dominos pizza

Əlahiddə Ümumqoşun Ordu komandanının müavini,  general-mayor Elman Orucov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada ordu quruculuğu sahəsində kompleks tədbirlər görülür. Hərbi hissələrin maddi-texniki təminatı gücləndirilir, döyüş hazırlığı artırılır, şəxsi heyətin yaşayış şəraiti yaxşılaşdırılır. Bayramlar münasibətilə hərbi hissələrə sovqatların verilməsi isə şəxsi heyət tərəfindən yüksək qarşılanır. Sonda çıxış edənlər yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!