Şəfiqə Nağıyevanı maşını ilə vuran sürücüsü studiyaya zəng etdi

Şəfiqə Nağıyevanı maşını ilə vuran sürücüsü studiyaya zəng etdi

Şou Veb saytların hazırlanması

09 İyun 2023 12:37 858


Bir neçə gün əvvəl vəkil Şəfiqə Nağıyeva yolu keçərkən maşınla vurulub. Bədən xəsarətləri alan vəkil bildirib ki, taksi sürücüsündən anasının xəstə olduğunu və ailəyə baxdığı üçün şikayətçi olmayıb.

Yenisabah.az Bizim media-ya istinadla xəbər verir ki, "Ümid ilə gəl" verilişinin bugünkü buraxılışının canlı efirinə zəng edən həmin taksi sürücüsü Şəfiqə Nağıyevaya bu addımına görə təşəkkürünü bildirib.

"Allah razı olsun Şəfiqə xanımdan. Minnətdarlığımı bildirirəm ki, o, məndən şikayətçi olmadı".

Sözügedən proqramda ekspert qismində iştirak edən Ş.Nağıyeva isə Allahverdi adlı sürücünün bu sözlərinə belə reaksiya verib:

"Hər zaman yolda ehtiyatlı olun. Sürücünün hər zaman ehtiyatsızlıqdan, hava şəraitindən, qaranlıqdan və sairə qəza törətmək riski var. Sən dedin ki, anam çox ağır xəstədir. Məni Allah saxladı, kəfəni yırtdım, çıxdım. Mənə söylədilər ki, həmin ərazidə bu kimi qəzalar çox olub və heç kim sağ çıxmayıb. Amma sən oradan sağ çıxdın. Allah sənin ailənə və anana kömək olsun".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!