Səfirin Tramp haqqında yazdıqları mediaya sızdı:  “Bacarıqsızdır”

saytların hazırlanması

Evə çatdırılma

Səfirin Tramp haqqında yazdıqları mediaya sızdı:  “Bacarıqsızdır”

Dünya

08 İyul 2019 09:26 1057


Böyük Britaniyanın ABŞ-dakı səfiri Kim Darroçun bu ölkənin prezidenti Donald Tramp haqqındakı diplomatik yazışmaları mediaya sızıb.

“Yeni Sabah” xəbər verir ki, yazışmaların mətnini  “Daily Mail” qəzeti yayımlayıb.

Səfir bu yazışmalardan birində Trampı bacarıqsız adlandırıb və onun vəzifəsini utanc içində sonlandırma riski olduğunu bildirib.

Darroç yazıb ki, Tramp hakimiyyəti qalmaqallar səbəbilə çökə bilər.

“Trampın dediyi sözün tam əksini etmə riski var”, deyə yazan  səfir onunla danışarkən fikirləri mümkün qədər bəsitləşdirməyi tövsiyə edib.

B.Britaniya Xarici İşlər Nazirliyindən məsələ ilə bağı verilən açıqlamada deyilib ki, xalq səfirlərdən dürüst hesabatlar gözləyir:

“ABŞ səfiri də öz ölkəsi üçün belə hesabatlar hazırlayır. İki ölkə arasındakı münasibətlər bu cür sızıntılara davam gətirəcək qədər güclüdür”. Xatırladaq ki, 65 yaşlı Darroç Trampın seçkilərdəki zəfərindən 10 ay əvvəl, 2016-cı ilin yanvarında B. Britaniyanın ABŞ səfiri təyin edilib.

Elnarə İlham

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!