ABŞ-ın Azərbaycandakı səfirliyi və Britaniya səfiri Azərbaycan xalqını Fitr bayramı münasibətilə təbrik ediblər.
Yenisabah.az xəbər verir ki, təbrik mətni diplomatik nümayəndəliyin tviter səhifəsində paylaşılıb.
“Amerika Birləşmiş Ştatları bütün azərbaycanlıları və dünyada Ramazan bayramını qeyd edən hər kəsi müqəddəs Ramazan ayının bitməsi münasibəti ilə səmimi təbrik edir. Bayramınız mübarək!”, - deyə paylaşımda qeyd olunub. pizza
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da müsəlman Azərbaycan xalqını təbrik edib.
Paylaşımda qeyd edilib:
“Əziz dostlar, Ramazan bayramını qeyd edən hər kəsi təbrik edirəm. Ruzi-bərəkətli gözəl bayram arzulayıram”.
Telegram kanalımız