Səfirlərin Şuşaya minnətli səfəri:   “Azərbaycan üçün heç bir mənəvi əhəmiyyəti yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Səfirlərin Şuşaya minnətli səfəri: “Azərbaycan üçün heç bir mənəvi əhəmiyyəti yoxdur”

Siyasət

11 May 2024 12:25 1067


Prezident Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı bir çox Fransanın və ABŞ-ın ölkəmizə qarşı olan siyasi addımlarını sərt şəkildə tənqid edib. O, hansısa səfirin Şuşaya gəlməsinin minnətlə təqdim edilməməli olduğunu vurğulayıb. Prezident belə səfərlərin hansısa əhəmiyyət daşımadığını diqqətə çatdırıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Elçin Mirzəbəyli bildirib ki, ümumiyyətlə, ölkə ərazisində hər hansı bir diplomatik korpusun nümayəndəsinə, kimliyindən asılı olmayaraq, hərəkət məhdudiyyəti yoxdur:

“Bəlli olduğu kimi, Qarabağda işğaldan azad edilmiş ərazilərlə bağlı xüsusi bir rejim var. Bu xüsusi yanaşma təbii ki, mina təhlükəsi və digər təhlükəsizlik tədbirləri ilə bağlıdır. Amma ümumən ölkə ərazisində diplomatik korpus nümayəndələrinin, digər ölkə vətəndaşlarında olduğu kimi, hər hansı bir hərəkət məhdudiyyəti yoxdur. Ancaq işğaldan azad edilmiş ərazilərə səfər ediləndə bu şübhəsiz ki, müvafiq qaydada Azərbaycan vətəndaşlarının portaldan qeydiyyatdan keçdikləri kimi, onlar da diplomatik müstəvidə hansısa bir müraciətdə həmin istiqamətdə hərəkət edə bilərlər. Prinsip etibarı ilə, ölkə ərazisində hər hansı bir diplomatik korpusun nümayəndəsinə kimliyindən asılı olmayaraq hərəkət məhdudiyyəti yoxdur”.  pizza sifarişi

Politoloq Azərbaycan xalqının öz dostlarını və dost olmayan ölkələri tam yaxşı tanıdığını vurğulayıb:

“Şübhəsiz ki, cənab prezident mövcud reallıqlara uyğun olaraq, Azərbaycanın mövqeyini ifadə edir. Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə hansı ölkənin diplomatik nümayəndəsinin səfər etməsinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suveren hüquqlarını bərpa edib. O suveren hüquqlar ki, dünyanın faktiki olaraq dünyanın bütün dövlətləri tərəfindən tanınıb.

Eyni zamanda, Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi, Azərbaycan ərazilərinin qeyri-şərtsiz azad edilməsi ilə bağlı 4 qətnaməyə səs verib. İndi Fransa özünün səs verdiyi sənədə münasibətdə məsuliyyətsizlik nümayiş etdirirsə, bu artıq Fransanın öz problemidir. İşğaldan azad edilmiş torpaqlarımızın ilkin mərhələdə Azərbaycan xalqı ilə onun mühüm qələbəsində həmrəylik nümayiş etdirilməsi bizim üçün vacib faktorlardan biri idi.

Bu, hüquqi yox mənəvi əhəmiyyət daşıyırdı. Həmin dövrdə kimlər ki xalqımızla, dövlətimizlə birlikdə oldular, dostluqlarını nümayiş etdirdilər, bunlar hamısı göz qabağındadır. Bu aspektdən Fransa və ya ABŞ səfirinin işğaldan azad edilmiş ərazilərə səfər etməsinin Azərbaycan üçün heç bir mənəvi əhəmiyyəti yoxdur. Biz dostlarımızın da, dost olmaq istəməyənlərin də siyahısını çox yaxşı bilirik”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!