Hər səhər baş ağrısı ilə oyanıb günə ağrı ilə başlamaq zəhlətökəndir. Əgər tez-tez baş ağrısı ilə oyanırsınızsa, bu yazını daha diqqətlə oxumağınızı tövsiyə edirik. Çünki səhər baş ağrılarının təhlükəli səbəbləri ola bilər.
Yenisabah.az yuxudan baş ağrısı ilə oyanmağın 10 səbəbini təqdim edir:
1) Səhər baş ağrıları gizli depressiya ilə əlaqəli ola bilər. Unutmayın ki, depressiyanın digər əlamətləri səhər çox tez oyanmaq, yorğunluq, halsızlıq, konsentrasiyada çətinlik, həddindən artıq emosionallıq ola bilər. pizza sifarişi
2) Əgər yüksək təzyiqdən əziyyət çəkirsinizsə və ya fərqində olmadığınız hipertoniya probleminiz varsa, bu sizi səhərin erkən saatlarında baş ağrısı ilə oyandıra bilər. Baş ağrısından əziyyət çəkən hər kəsin etməli olduğu ilk işlərdən biri qan təzyiqini öyrənməkdir.
3) Yuxu apnesi/yuxuda nəfəs alma çətinlikləri, xoruldama və burnu tıxayan digər problemlərə görə ağızdan nəfəs almaq məcburiyyətində qalanlar, qısacası gecə beynini kifayət qədər oksigenlə təmin edə bilməyənlər baş ağrısı ilə oyana bilər.
4) Səhər yorğunluğu və baş ağrısı stress yaşayan, gərgin, problemlərini həll edə bilməyən, gecələr narahatlıqla yatan insanlarda tez-tez rast gəlinir.
5) Yuxusuzluq səhər baş ağrıları ilə də əlaqəlidir. Yuxu saatlarının dəyişməsi və yuxu müddətinin adi haldan daha qısa olması da baş ağrısına səbəb ola bilər.
6) Nəzərə alın ki, gecə qan şəkərinin düşməsi də səhər baş ağrısının əhəmiyyətli səbəbi ola bilər.
7) Axşam saatlarında qəbul edilən spirtin miqdarı artdıqda belə, səhəri səhər baş ağrısı ilə oyana bilərsiniz.
8) Maqnezium çatışmazlığının da səhər baş ağrılarına səbəb ola biləcəyinə dair müşahidələr var.
9) Narahat döşək və səhv seçilmiş yastıq da səhəri baş ağrısı ilə açmağınıza səbəb ola bilər.
10) Yatdığınız otağın temperaturu və rütubəti də önəmlidir. İsti və nəmli mühitdə yatanlarda səhər saatlarında baş ağrılarının tezliyi də artır.
Telegram kanalımız