Şəhərin mərkəzində “avtoşluq” edən sürücü ağır qəzaya düşdü - Anbaan video

saytların hazırlanması

Evə çatdırılma

Şəhərin mərkəzində “avtoşluq” edən sürücü ağır qəzaya düşdü - Anbaan video

Hadisə

18 Aprel 2022 20:28 1982


Bakıda baş verən dəhşətli qəzanın görüntüləri anbaan avtomobildəki kameraya qeyd olunub.

Yenisabah.az xəbər verir ki, “Nissan Altima” markalı avtomobilin sürücüsü aprelin 16-da, paytaxtın Rəşid Behbudov küçəsində ötmə və manevr qaydalarını kobud şəkildə pozaraq hərəkət edib.

O, Salatın Əsgərova küçəsi ilə kəsişmədə svetoforun qırmızı işığında yüksək sürətlə hərəkətinə davam etmək istəyərkən yolayrıcında ağır qəzaya səbəb olub. Belə ki, “Nissan”ın sürücüsü yaşıl işıqda hərəkət edən “Uber” şirkətinə məxsus “Toyota Prius” markalı avtomobillə toqquşaraq səkiyə çırpılıb. Pepperoni pizza

Həmin hadisənin videosunu təqdim edirik:

/Avtosfer.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!