Şəhid anaları “Əshabi-Kəhf”də təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudu - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəhid anaları “Əshabi-Kəhf”də təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudu - Video

Sosial

26 Dekabr 2024 23:59 556


Bu gün “Mənim oğlum qəhrəmandır” layihəsində daim yanımızda olan əfsanəvi generalımız Polad Həşimovun anası Səmayə ana Naxçıvanın qəhrəman şəhid oğullarının valideynlərinin qonağı olub.

Yenisabah.az-a verilən məlumata görə, onlar müqəddəs “Əshabi-Kəhf” ziyarətgahına birlikdə gediblər, həm Vətən uğrunda canını fəda etmiş şəhid qardaşlarımız üçün, həm də dünən dəhşətli təyyarə qəzasında həlak olan insanlar üçün dualar ediblər.

Ziyarətgahda dualar edərkən, faciəvi qəzada sona kimi mərdliklə dik duran, ölümə getdiyini bilsə də yanındakı insanları sakitləşdirməyə çalışan qəhrəman qızımız Hökumə Əliyevanı da yad edən analar, onun ruhuna dualar oxuyublar. Sezar pizza

Görüşdə dəyərli sənətkar, Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qızı Əməkdar artist Fərqanə Qasımova da iştirak edib. Anaların sözlərindən, dualarından təsirlənən Fərqanə xanım da öz əvəzsiz ifasıyla qəhrəmanlarımızı yad edib.

"Allah Vətənimizin bütövlüyü uğrunda şəhid olan qardaşlarımıza, dünən həyatını itirən insanlara, mərd Azərbaycan qızımız Hökümə Əliyevaya rəhmət eləsin! Nur içində yatın, Siz daim qəlbimizdəsiniz!" - məlumatda qeyd olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!