Şəhid anası tədbir keçirənlərə əsəbiləşdi: Hamınıza ayıb olsun - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Şəhid anası tədbir keçirənlərə əsəbiləşdi: Hamınıza ayıb olsun - VİDEO

Hadisə

09 Mart 2023 10:57 2664


Bərdə də şəhid anası tədbir keçirilənləri tənqid edib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

"Hamınıza ayıb olsun. Laçında-Şuşada nə qədər şəhidimiz var. Şəhid analarını başa düşmürsünüz? Çox ayıb olsun. Bizim oğullarınız hesabına burada yaşayırsınız. Utanmırsız? Kim edib bu tədbiri? Bərdədə raket düşəndə heç kim qalmamışdı burada. Amma bizim balalarımız topun-tankın qabağında can verib ki, siz rahat yaşayasınız", - şəhid anası etiraz edib. 

Bərdə İcra Hakimiyətinin başçısının köməkçisi Səbuhi Qasımov anews.az-a bildirib ki, görüntülər Bərdə özəl bir mağazanın açılışına aiddir.  Sezar pizza

"Bərdə icra hakimiyyətinin keçirdiyi tədbir deyil. Sadəcə özəl bir şirkətə məxsus mağazanın açılışıdır. Şəhid anası orada çıxış edərək etirazını bildirib", - başçının köməkçisi söyləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!