Şəhid atası vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Şəhid atası vəfat etdi

Sosial

13 Fevral 2025 23:13 201


Vətən müharibəsi şəhidi Mirmuraz Cəfərovun atası Mirbaba Cəfərov vəfat edib.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir müddət əvvəl onun səhhətində problemlər ortaya çıxıb.

Şəhid atası bu gün axşam saatlarında Gəncədə həyatını itirib. pizza sifarişi

Mərhum sabah Gəncənin “Təzə Səbiskar” adlanan qəbiristanlığında torpağa tapşırılacaq.

Məlumat üçün bildirək ki, M.Cəfərov Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. O, 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. “Vətən uğrunda” (ölümündən sonra), “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!