Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət edildi - Video

Sosial

07 Yanvar 2024 18:46 670


Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusu İkinci Şəhidlər xiyabanını ziyarət edərək şəhid pilotun məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Toyuqlu pizza

Anım mərasimində polkovnik-leytenant R.Atakişiyevin şərəfli döyüş yolundan söhbət açılıb, Vətənə olan sədaqətindən, xidmət müddəti ərzində nümayiş etdirdiyi yüksək peşəkarlığından danışılıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!