Şəhid kapitan doğum günündə anıldı

saytların hazırlanması

Evə çatdırılma

Şəhid kapitan doğum günündə anıldı

Maraqlı

26 Fevral 2021 16:27 846


Bu gün aprel döyüşlərində şəhid olan kapitan Nəcməddin Savalanovun doğum günüdür. Şəhidin ad günü Xocalı faciəsinin ildönümünə təsadüf edir.

Yenisabah.az xəbər verir ki, Nəcməddin Savalanov 26 fevral 1985-ci ildə İmişli rayonunun Göbəktala kəndində anadan olub. Kapitan Nəcməddin Savalanov 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Daha sonra təhsilini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 4 il oxuyub. Daha sonra zabit kimi ordu sıralarında xidmətə başlayıb.

2016-cı ilin aprelin 2-də təmas xəttində gedən döyüşlərdə ayağından və çiynindən ağır güllə yarası alan kapitan Nəcməddin Savalanov mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib. Pepperoni pizza

Bu gün yaxınları şəhidin məzarını ziyarət edərək, ruhuna dualar oxuyublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!