Noyabrın 11-də Azərbaycan-Gurcustan sərhədində qəzaya uğrayan təyyarədə şəhid olanların arasında pilot Sərdar Uslu da var.
“Yeni Sabah” xəbər verir ki, şəhid pilot Bursanın İnəgol rayonunda yaşayıb. Bu acı xəbəri şəhidin ailəsinə yerli icra strukturlarının rəhbərləri, bələdiyyə sədri və yüksək rütbəli hərbçilər çatdırıb. Sərdarın şəhid olduğunu eşidən bursalılar onun yaşadığı evə axın ediblər.
Türkiyə mətbuatı Sərdar Uslunun yeni ailə qurduğunu yazıb. O, 4 ay sonra ata olacaqdı. pizza mizza
Telegram kanalımız