Şəhid Vüsal Orucovun nəşi ailəsinə təhvil verildi

saytların hazırlanması

Evə çatdırılma

Şəhid Vüsal Orucovun nəşi ailəsinə təhvil verildi

Maraqlı

01 Oktyabr 2023 10:35 488


Ermənistan silahlı qüvvələrinin hərbçisinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açması nəticəsində ötən gün şəhid olan həqiqi hərbi xidmət hərbi qulluqçusu Orucov Vüsal Xeybalı oğlunun nəşi Qusar rayonunun Suvacal kəndinə gətirilib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, şəhidlə vida mərasimi doğulduğu Suvacal kəndində keçirilir.

Mərasimdə mərhumun yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər. Dördpendirli pizza

Şəhid sonra kənd məzarlığında dəfn olunacaq.

Qeyd edək ki, V.Orucov 2005-ci ildə Qusar rayonunun Suvacal kəndində anadan olub. Hərbi xidmətə bu il aprel ayında yollanmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!