Şəhidlərə ithaf olunmuş tədbirlə bağlı qalmaqal - “Başqasının üstünə palçıq atmazdan əvvəl...“

saytların hazırlanması

Evə çatdırılma

Şəhidlərə ithaf olunmuş tədbirlə bağlı qalmaqal - “Başqasının üstünə palçıq atmazdan əvvəl...“

Sosial

05 Aprel 2019 19:38 1089


“Bakı konqres mərkəzində aprel şəhidlərinə ithaf olunan tədbirdə idik.Tədbirin rejissoru Elvin Mirzoyev imiş. "Sağ olsun!",  ssenarisi kimə aid idi bilmirəm. Amma ordakı qazilərdən və şəhid ailələrindən utandım. Aprel şəhidlərinin xatirəsinə həsr olunan gecədə Qarabağ ermənilərinə xitabən: "Biz sizinlə yaşamaq istəyirik","Biz müharibə istəmirik, gəlin yenə əziz qonşular kimi sülh şəraitində yaşayaq" nə deməkdir?. Ümumiyyətlə belə bir həssas tədbirdə, övladını, atasını, qardaşını itirən qəlbi yaralı şəhid ailələrinin, əlini, gözünü, ayağını itirmiş qazilərin hüzurunda ermənilə qonşuluqdan, dostluqdan, birgə yaşamaqdan danışmaq olar?”.

Bunu aktyor Mir Sahib Ağazadə sosial şəbəkə hesabında paylaşıb. Bundan sonra konqres mərkəzində keçirilən tədbir tənqid atəşinə tutulub. Qeyd edilən şüarların səsləndirilməsi təxribat kimi dəyərləndirilir. 

Tədbirin təşkilatçısı Elvin Mirzoyev isə aktyorun ittihamlarına “Sizin hər kəlmənizdə, qəzəb var. Və düşünürəm ki, tədbirdə səslənən mətnləri diqqətlə dinləməmisiniz. İstənilən cümləni qəzəbli adam təhrif edə bilər. Bu qəzəb kimə və nəyə lazım.. Mən də, nəhayət, müharibənin bitməsini və torpaqlarımızın azad olmasını istəyirəm. Amma ağılla, mümkün qədər az itkilərlə” – deyə cavab verib. Toyuqlu pizza

“Yeni Sabah” məsələni dəqiqləşdirmək üçün E.Mirzoyevlə danışmağa cəhd edib. O, saytımıza açıqlamasında bildirib ki, tədbirdə qeyd edilən mesajlar verilməyib:

“Sosial şəbəkələrdə yazılanlar yanlışdır. Onların çoxu heç tədbirdə olmayıb. O ki qaldı, belə yanlış məlumatların paylaşılmasında məqsəd nədir , bu sualı onlara verin. Başqasının üstünə palçıq atmazdan əvvəl öz əlinin batacağı qaçılmazdır. Heç kəs Allahdan uca deyil. Vicdanı da heç kəs təxirə salmayıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!