Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirildi - Video

Sosial

18 Fevral 2024 18:45 747


Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Röyal Məmmədov, Şamxal Abbasov, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli və Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun xatirəsinə həsr edilən anım mərasimləri keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, döyüş yoldaşları, eləcə də digər qonaqların iştirak etdiyi anım mərasimləri çərçivəsində şəhidlərin məzarları ziyarət edilib. pizza mizza

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açaraq şəhidlərimizin şərəfli həyat yolları haqqında məlumat veriblər.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!