Səhnələrin divası faciə ilə üzləşdi

saytların hazırlanması

Evə çatdırılma

Səhnələrin divası faciə ilə üzləşdi

Şou

26 İyul 2025 10:30 383


Antalyada bir neçə gündür davam edən meşə yanğınları artıq yaşayış ərazilərinə də keçib. Alovların təsirinə məruz qalan bölgələrdən biri də məşhur sənətçi Bülənt Ersoyun evi olub.

Yenisabah.az xəbər verir ki, yanğın nəticəsində müğənninin Antalyanın Kundu bölgəsində yerləşən villasının bir hissəsi alovlara qərq olub. 

Yanğınsöndürən briqadaların vaxtında müdaxiləsi nəticəsində alov tamamilə söndürülüb. Lakin buna baxmayaraq, müğənninin evinə ciddi maddi ziyan dəyib. Evin bir neçə otağı və həyətindəki bəzi strukturlar yanaraq yararsız hala düşüb. Toyuqlu pizza

Qeyd edək ki, meşə yanğınlarının qarşısını almaq üçün genişmiqyaslı tədbirlərin görüldüyü bildirilir.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!