Şeir müsabiqəsinin II mərhələsinə start verilib

saytların hazırlanması

Evə çatdırılma

Şeir müsabiqəsinin II mərhələsinə start verilib

Sosial

25 Fevral 2019 15:19 826


Paytaxt üzrə VI-XI sinif şagirdləri arasında keçirilən “Azərbaycan dili-milli varlığımızdır” adlı şeir müsabiqəsinin II mərhələsinə start verilib.

“Yeni Sabah” xəbər verir ki, müsabiqənin paytaxt üzrə rayon mərhələsində ilk mərhələnin qalibləri iştirak edəcək.

Müsabiqədə seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun  jest və  mimikalardan,  səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi, ifadəliliyi, düzgünlüyü və ifa üçün  ayrılmış vaxta riayət edilməsi meyarları əsas götürüləcək.  Toyuqlu pizza

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən müsabiqənin III mərhələsi 11-30 mart tarixlərində baş tutacaq. Müsabiqənin III–şəhər mərhələsində paytaxt üzrə rayon mərhələsində I və II yerləri tutan şagirdlər iştirak edəcək. 

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!