Şəkidə 3200 abonent qazsız qaldı

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə 3200 abonent qazsız qaldı

Sosial

06 Mart 2026 20:07 478


Bu gün saat 16:45-dən etibarən Şəki rayonunun Sarıtorpaq, M.F.Axundov, Əzizbəyov, Haqverdiyev, Giləhli, Ş.Axundova, Əfqanlar, Otaqeşiyi küçələrində (ümumi olaraq Şəki şəhərinin Yuxarı Baş adlanan ərazisi) cəmi 3 200 abonentin qaz təchizatı daxildən dayandırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Şəki rayonu ərazisində diametri 57 millimetr olan orta təzyiqli qaz xəttində aşkarlanan sızmanın ləğvi ilə əlaqədar təmir işləridir. Sezar pizza

Qeyd olunub ki, təmir işləri aparıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!