Şəkidə də modul tipli xəstəxana açıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə də modul tipli xəstəxana açıldı - Foto

Sağlamlıq

30 İyul 2020 13:07 1213


İyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana istifadəyə verilib.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə də tanış olub.

Dövlət başçısına məlumat verilib ki, bu xəstəxana 100 palatadan və 200 çarpayı yerindən ibarətdir. İlham Əliyev xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşüb. Toyuqlu pizza

Dövlət başçısı modul tipli xəstəxanaların istifadəyə verilməsinin koronavirusla mübarizədə əhəmiyyətindən danışıb, görülən işlər nəticəsində ilk günlərdən ölkəmizdə xəstəliyin nəzarət altında saxlandığını vurğulayıb.

Prezident Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirləri də qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!