Şəkidə qəza: Bir nəfər xilas edildi -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə qəza: Bir nəfər xilas edildi - VİDEO

Hadisə

10 Noyabr 2025 10:01 223


Şəki rayonunun İnçə kəndi ərazisində yol qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. pizza mizza

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes E220” markalı minik avtomobili ilə “Chevrolet Cruize” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və "Mercedes"in sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2003-cü il təvəllüdlü Abdulrəhimov Sevindir Yamən oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!